USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Heydər Əliyev Mərkəzində “Macarıstan günləri” çərçivəsində sərgi açılıb və qala konsert olub

Martın 17-də Heydər Əliyev Mərkəzində “Azərbaycanda Macarıstan günləri” çərçivəsində rəsm sərgisinin açılışı və qala konsert olub.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Macar mədəniyyətinin ölkəmizdə təbliğinə xidmət edən bu layihə Macarıstanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə təşkil olunan tədbirlər silsiləsi geniş və maraqlı proqramı ilə diqqət çəkir.

Macarıstanın birinci xanımı Aniko Levainin də iştirak etdiyi “Macarıstan günləri”nin açılışında çıxış edən bu ölkənin Azərbaycandakı səfiri İmre Laslotski Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bu tədbirə himayədarlıq etdiyinə görə minnətdarlığını bildirdi, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnun qaldıqlarını vurğuladı, Novruz bayramı münasibətilə xalqımızı təbrik etdi.

Sonra “Azərbaycanda Macarıstan günləri” çərçivəsində macar rəssam Ferents Аyzenhutun əsərlərindən ibarət rəsm sərgisinin açılışı oldu.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Macarıstanın birinci xanımı Aniko Levai sərginin rəmzi açılışını bildirən lenti kəsdilər.

Sərgi ilə tanışlıq oldu. Bildirildi ki, 1857-ci ildə Macarıstanda dünyaya gələn bu rəssam peşə təhsilini ölkəsində aldıqdan sonra həm Budapeştdə, həm də Münxendə, Vyana və Parisdə, Antverpen və Madriddə sərgilərini açır. Lakin Şərq motivləri hər zaman rəssamın diqqətini çəkir və bu minvalla o, dostları ilə birgə səyahətə çıxaraq Qafqaza gəlir. Qafqaz mövzusu rəssamın yaradıcılığında bütöv bir silsiləni təşkil edir. O, Tbilisidə, Bakıda və Dərbənddə dünya rəsm sənətkarlığının nadir incilərini yaradır. Dünyanın bir çox muzeylərində rəsmləri qorunan Ferents Аyzenhut əsərlərinin bədii səviyyəsinə görə hələ sağlığında bir çox dövlət mükafatlarına layiq görülüb. XIX əsrin sonu, XX əsrin əvvəllərində Ferents Аyzenhutun Bakıda, ümumiyyətlə, Qafqazda çəkdiyi rəsmlər indi dünya mədəni irsinin nadir nümunələri sırasındadır və onlardan 26-sı məhz “Azərbaycanda Macarıstan günləri” çərçivəsində Bakıda ilk dəfə nümayiş etdirilir.

“Azərbaycanda Macarıstan günləri” çərçivəsində təşkil olunan qala konsertdən öncə çıxış edən Macarıstanın mədəniyyət məsələləri üzrə dövlət katibi Peter Hoppal bu tədbirin macar xalqının milli mədəniyyətini xaricdə uğurla təcəssüm etdirdiyini bildirdi. Xalqlarımız arasında tarixi bənzərliklərin olduğunu diqqətə çatdıran qonaq bir neçə gün ərzində Bakıda Macarıstanla bağlı bir sıra elmi və mədəni tədbirlərin keçiriləcəyini, bu tədbirlərin dost Azərbaycanla əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğuladı.

Daha sonra Macarıstanın Dövlət Xalq Ansamblının iştirakı ilə qala konsert oldu.

Bakı tamaşaçıları qarşısında 70 nəfərlik heyətlə çıxış edən Macarıstanın Dövlət Xalq Ansamblının konserti macar xalq musiqi və rəqsləri ilə müşayiət olundu, tamaşaçılara unudulmaz anlar yaşatdı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!