Qadınlardan ibarət milli komandanın favoriti İrina Zaretska (-68 kq) Hollandiyanın Rotterdam şəhərində keçirilən Karate 1 Premyer Liqa turnirinin qalibi olub.
Azərbaycan Karate Federasiyasından ASAN Radioya bildirilib ki, İrina Zaretska Dünya Karate Federasiyasının bu rəsmi mötəbər turnirinin qızıl medalınadək altı görüşdə son illərin üç dünya çempionuna qalib gəlib.
Milli komandamızı martın son günləri, aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mövsümün növbəti Karate 1 Premyer Liqa turniri gözləyir. Göygöl Olimpiya İdman Kompleksində təlim-məşqləri başa vuran karateçilərimiz üçün qarşıdakı nüfuzlu turnir Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq yarışı olacaq.
İslam Oyunlarında iştirak edəcək tam heyət Dubay Premyer Liqasından sonra dəqiqləşəcək. İslam ölkələrinin milli komandaları itirak etdiyindən bu yarış karateçilərimiz üçün İslam Oyunları ərəfəsində mühüm sınaq sayılır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!