USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Gürcüstan Prezidenti: "Azərbaycan xalqını salamlayır, Novruz bayramı münasibətilə təbrik edirəm"

Gürcüstanın soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz genişmiqyaslı bayram şənliyi ilə qeyd olunub.

ASAN Radio Report-a istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar üçün yaradılmış guşələrdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən atributlar nümayiş olunub.

Azərbaycanlıları bayram münasibətilə təbrik etmək üçün Marneuliyə gələn Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Baş nazir Giorgi Kvirikaşvili şənliklərdə iştirak ediblər. Bayram tonqalını alovlandıran dövlət və hökumət başçıları Novruz adət-ənənələri ilə tanış olublar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov prezidentə Novruz bayramının özəllikləri barədə məlumat verib. Gürcüstanın dövlət və hökumət başçıları samovar çayı içib, yumurta döyüşdürüb, şəkərbura və paxlavanın dadına baxıblar. Prezident və Baş nazir idmançıların çıxışlarını da izləyiblər.

Dövlət başçısı bayram tonqalını yandırıb.

Giorgi Marqvelaşvili Marneulidə yeni tikilmiş şəhər kitabxanasının açılışında da iştirak edib.

Ölkə rəhbəri bu gözəl Bahar bayramı günündə Azərbaycan xalqına böyük uğurlar, firavanlıq və bolluq arzulayıb: “Mən Azərbaycan xalqını salamlayıram və təbrik edirəm. Bu çox böyük bayramdır. İnanıram ki, Azərbaycan və gürcü xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bundan sonar da inkişaf edəcək və daha da möhkəmlənəcək”.

Prezident Gürcüstanın, o cümlədən Marneulinin infrastrukturunun inkişafı, burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Baş nazir Gürcüstanda yaşayan azərbaycanlıların Novruz bayramını Azərbaycan dilində təbrik edib. Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili, həmçinin digər hökumət nümayəndələri də azərbaycanlıları bayram münasibətilə təbrik ediblər.

Sonda incəsənət adamlarının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!