USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı 2017 Oyunlarının Atlet Səfirləri gənclərin idman həvəsini artırır və onların gələcək karyerasına dəstək verir

Mart ayının 13-dən başlayaraq idmançı atletlər tərəfindən Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları “Domestic Grassroots” proramı çərçivəsində üç idman növü üzrə master klasslar həyata keçirilmişdir.

Üç gün davam edən Master Klasslarda iştirak etmək üçün, azarkeşlər Bakı 2017 rəsmi Facebook səhifəsində yerləşdirilən suallara düzgün və cəld cavab verməli idilər. Naticədə, qalib gələn şəxslər master klasslara qatılmaq imkanı əldə ediblər.

Bundan başqa Master klasslarda hər bir idman növü üzrə yeniyetmə idmançılar da iştirak etmişdir.

13-15 Mart tarixlərində idman səfirlərimiz tərəfindən aparılan Master klass ilk olaraq cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımovun iştirakı ilə Cüdo üzrə Neftçi təlim bazasında baş tutdu.

Növbəti gün güləşçi Hacı Əliyev tərəfindən Olimpiya Güləş Mərkəzində güləş idmanının sirləri iştirakçılara öyrədildi.

15 mart tarixində idmançı səfir Ruslan Abışov təfərindən Bayıl Arena stadionunda master klass həyata keçirilmişdir. Master Klassların sonunda isə bütün iştirakçılar sertifikatlarla təltif olunmuşdur.

İdmançılar Elmar Qasımov və Rüstam Orucov belə bir şansın onlara verildiyi üçün məmnun olduqlarını və eyni zamanda “Grassroots Proqramı” çərçivəsində bu səpkili layihələrin davamlı olacağını qeyd etdilər.

Master klassların məqsədi Bakı 2017 İdmançı Səfirlərini öz azərkeşləri ilə görüşdürmək və bununla da yeniyetmə və gənc idmançılara karyeralarında dəstək verməkdir. Domestic Grassroots proqramının əsas mesajını daşıyan bu layihədə seçilmiş gənclər layihədə zövq aldıqlarını bildirmiş və öz təsuratlarını belə bölümüşlər:

Balaca azarkeş:“Mən həmişə Hacı Əliyevi televizorlarda görürdüm və onunla həyatda da görüşmək istəyirdim. Bugün mənim arzum reallaşdı. Mən nəinki onu gördüm, eyni zamanda ondan güləşin sirlərini də öyrəndim . Hacı Əliyevlə məşq etmək mənə böyük sevinc verdi. Böyüyəndə mən də onun kimi güləşçi olmaq istəyirəm.”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!