USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kubanın Havana televiziya kanalında Novruz bayramına həsr edilmiş veriliş nümayiş etdirilib - VİDEO

ASAN Radio Azərbaycanın Kubadakı səfirliyinə istinadən xəbər verir ki, Kubanın Havana televiziya kanalında Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və Novruz bayramına həsr edilmiş veriliş nümayiş etdirilib.

Veriliş zamanı Azərbaycanın zəngin təbiəti və turizm imkanları, xalqımızın adət və ənənələrindən geniş bəhs edilib. Bildirilib ki, dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı öz mədəni sərvəti və abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi ilə qürur duyulası bir tarixə malikdir. Qeyd edilib ki, azərbaycanlıların fərqli həyat tərzi, estetik zövqü və milli özünəməxsusluğu xalq musiqisi və folklorunda aydın şəkildə əks olunur. Veriliş zamanı Azərbaycanda qədim dövrlərdən indiyədək mövcud olan xalçaçılıq, zərgərlik, miskarlıq və sair sənətkarlıq nümunələri və tarixi memarlıq abidələrindən bəhs edilib.

Azərbaycanın xalq musiqisindən danışarkən, min illərlə yaşı olan Azərbaycan folklorunda mühüm yer tutan muğam musiqisi haqda söz açılıb. Veriliş ərzində Azərbaycanda böyük sevgi ilə qeyd edilən Novruz bayramı və xalqımızın milli ənənələrindən ətraflı bəhs olunub. Bildiirlib ki, Azərbaycanda özünə məxsus fəlsəfəsi olan Novruz bayramı xalqımızın qeyri-maddi mədəni irsi kimi sülhsevərlik mədəniyyətini təbliğ edərək, bərabərlik və qardaşlıq rəmzinə çevrilib.

Verilişdə qədim tarixə və mədəni irsə malik olan Azərbaycanda 1918-ci ildə şərq aləmində ilk dəfə olaraq dünyəvi və demokartik dövlətin qurulduğu haqda məlumat verilib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın SSRİ tərkibində, daha sonra isə müstəqil dövlət kimi uğurlu inkişafı haqda ətraflı danışılıb.

Veriliş zamanı Azərbaycanın milli mətbəxinə məxsus təamların hazırlanmasına xüsusi yer ayrılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!