USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səyavuş Heydərov: "Radikalizmə qarşı mübarizədə Fransa və Azərbaycan sekulyar modelləri mühüm rol oynayır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin nəzdində Kontinental Avropa departamentinin direktoru Florans Manjən, sözügedən departamentin direktor müavini Nikola Dölakost ilə görüşüb.

Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, səfirliyin birinci müşaviri Fabien Dru-Lozinskinin də qatıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə qurulduğunu deyərək  bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Sədr müavini qeyd edib ki, Azərbaycan tolerant ölkədir və tolerantlıq ölkəmizin ictimai-siyasi həyatında özünü göstərir. Azərbaycanda müxtəlif dini, milli qruplara dillərini, mədəniyyətlərini və adət-ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək üçün bütün şərait yaradılıb. Səyavuş Heydərov bildirib ki, tolerantlığın təşviqində və radikalizmə qarşı mübarizədə Fransa və Azərbaycan sekulyar modelləri mühüm rol oynayır.

Florans Manjən tolerantlığın Azərbaycan xalqının səciyyəvi xüsusiyyəti olduğunu, Azərbaycanda dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib.

Görüş Azərbaycan-Fransa əməkdaşlığının gücləndirilməsinə yönəlmiş tədbirlərin müzakirəsi ilə davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!