USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş nazirin müavini: "Keçmiş “Sovetski"də təqribən 10 mindən çox ev sökülməlidir"- Özəl    

"Bakının keçmiş “Sovetski" ərazisində təqribən 10 mindən çox ev sökülməlidir. Hazırda onlardan 4 500-ü sökülüb”.

ASAN Radio xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov ASAN Radionun “QəbuldASAN” verilişində deyib. 

Onun sözlərinə görə, 20 mindən çox əhalisi olan ərazinin sakinlərini köçürmək üçün cəsarət lazımdır: “Sökülən ərazinin yerində park salmaq, nəqliyyat problemlərini azaltmaq çətin addım idi. Təbii ki, 4 500 evin sakinini yerindən tərpətmək də çətin məsələdir. Bunu Prezidentin göstərişi nəticəsində edə bildik. Bu yaxınlarda ərazidə ağac və yaşıllıqlar əkiləcək. Artıq ərazinin ab-havası da dəyişib. Keçmişdəki hava tamam fərqli idi. İndi isə yalnız minnətdarlıq etmək lazımdır”.

Baş nazirin mavini bildirib ki, "Sovetski"nin söküntüsü ilə bağlı göstəriş veriləndə vətəndaşlara məqsəd izah olunub: “Ancaq bununla belə insanlar inanmırdılar. Mən də məsələni onlarla görüşəndə dəfələrlə izah etdim. Sonda onlarda inam əmələ gəldi. Bir neçə problem var idi. Bu da mətbuatda şişirdilmiş yazılar yazılması ilə əlaqədar idi. Yüzlərlə evin sahəsinin 8, 15, 20 kvadratmetrə qədər olduğunu və onlara verilən vəsait hesabına şəhərdə ev ala bilmədikləri ilə bağlı dövlət başçısına məruzə etdim. Prezident göstəriş verdi ki, məsələ həll olunmalıdır. Bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) yaxınlığında yerləşən 9 mərtəbəli binadakı 200-dən çox mənzil təmir olundu və sakinlərə təqdim olundu".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!