USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda polis kompleks tədbirlərə başlayıb

Aprelin 28-də paytaxtda ictimai asayişin və təhlükəsizliyin nümunəvi qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsi ərazi polis orqanları ilə birlikdə kompleks tədbirlər həyata keçirib.

ASAN Radio BŞBPİ-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə 11 nəfər tutulub, axtarışda olan 30 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb. Bundan əlavə, küçə ticarəti ilə məşğul olduqlarına görə 151 vətəndaş barəsində müvafiq tədbir görülüb, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 54 nəfər saxlanılıb, pasport rejimi qaydalarını pozmuş 1730 nəfər müəyyən edilməklə yanaşı, xırda xuliqanlıq, antisanitariya, qanunsuz tikinti işlərinin aparılması və digər hallar aşkar edilərək aidiyyəti tədbirlər görülüb. 

Kompleks tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını pozmuş ümumilikdə 1700, o cümlədən kobud qayda pozuntusuna yol vermiş 161 sürücü barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 13 nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 139 nəqliyyat vasitəsi müəyyən edilib. Həmçinin avtomaşını sərxoş halda idarə edən 20, eləcə də parklanma qaydalarını pozmuş 991 sürücü, bir avtoxuliqan və yolu müəyyən olunmamış yerdən keçən 854 piyada barəsində müvafiq tədbir görülüb. 

Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!