USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq

Haqqımızda

about

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib.

ASAN Radio sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir.

ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir.

ASAN Radioda Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” adlı veriliş yayımlanır. Türkiyənin TRT radiosu ilə birgə əməkdaşlıq çərçivəsində hər həftə “radiokörpü” qurulur. ASAN Radioda “British Council” ilə əməkdaşlıq çərçivəsində “Obla air” ingilis dili bacarıqlarını təkmilləşdirmək üçün veriliş yayımlanır. Böyük Britaniyanın dünyada tanınmış radio şousu “Selector” verilişi ASAN Radio ilə əməkdaşlıq formatında dinləyicilərə təqdim olunur.

ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçirlər.

ASAN Radio hər zaman dinləyicisinə zövqlü milli və dünya musiqisi təqdim edir.

ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir.

ASAN Radio həm də bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır.

ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 15 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 10) və 2 ASAN kommunal mərkəzlərində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. SOCAR-ın 13 yanacaqdoldurma məntəqələrində 24 saat 100 FM səsləndirilir. ASAN Radio Azərbaycanın 75%-ni əhatə edir. (Naxçıvan MR və işğal olunmuş DQ istisna) ASAN Radio Bakı və Abşeron yarımadası, Sumqayıt, Xızı, Şabran, Siyəzəndə 100 FM-də, Cənub və Aran bölgəsində -Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM- də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ, Quba, Xaçmaz, Qusar, Xudat, Nabran və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır.

ASAN Radio – Faydalı Məlumat dalğası!

Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157

Əlaqə nömrələri: şəhər - 012 444 74 74, efir - 012 56 56 100

Whatsapp - 070 65 56 100

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio