USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli statistika sistemi Avropa standartlarına uyğunlaşdırılıb

Noyabrın 24-də Bakıda “Milli statistika sistemi Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin yekununa həsr olunan konfrans keçirilib.

ASAN Radio xəbər verir ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu milli inkişaf modelinin tətbiqi və siyasi-iqtisadi islahatların ardıcıl həyata keçirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasına qoşulduğunu deyib. Qeyd edib ki, siyasi, iqtisadi, sosial, mədəni və bir çox sahələrdə əldə edilən yüksək göstəricilər və uğurlu quruculuq tədbirləri ölkəmizin dinamik inkişafını nümayiş etdirən faktorlar hesab edilir. Dövlətimizin davamlı inkişafına təkan verən bütün bu tədbirlərin böyük uzaqgörənliklə hazırlanması, inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələrinin qiymətləndirilməsi üçün rəsmi statistika əsas məlumat mənbəyi hesab edilir.

“Son illərdə rəsmi statistikanın inkişafına güclü təkan verən islahatların əyani nümunəsidir ki, milli statistika sistemi təkmilləşdirilib, statistika sisteminin hüquqi bazası gücləndirilib, milli statistik təsnifatların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin və metodologiyaların yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən hesabat yükünün azaldılması, rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Görülmüş işlərin nəticəsidir ki, statistika sahəsində inzibati və texniki potensialın, milli statistikanın beynəlxalq standartlara uyğunluğu baxımından inkişaf səviyyəsinin qiymətləndirilməsi məqsədilə ötən il sentyabrın 12-16-da və cari il fevralın 6-9-da Avropa Statistika Bürosu, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən keçirilmiş Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi (xarici auditi) üzrə hesabatda ölkəmizin statistika sisteminin beynəlxalq standartlara uyğun olduğu rəsmən təsdiqlənib”, - deyə komitə sədri əlavə edib.

“Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi barədə ətraflı məlumat verən Tahir Budaqov bildirib ki, Statistika Komitəsinin benefisiarı olduğu və 5 komponenti əhatə edən Tvinninq layihəsinin məqsədi statistik keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılmasından ibarət olmuşdur.

O qeyd edib ki, iki il davam etmiş və bu gün uğurlu layihələrdən biri kimi qiymətləndirilən Tvinninq layihəsinin əsas tərəfdaşları kimi Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu çıxış etmişdir. Bu ölkələrlə yanaşı, Avropa İttifaqına digər üzv ölkələrin, o cümlədən Niderland, Çexiya, Sloveniya, Xorvatiya və Latviyanın 35 yüksəkixtisaslı eksperti Tvinninq layihəsinə məsləhətçi qismində cəlb olunub. Dövlət Statistika Komitəsinin 64 mütəxəssisi layihədə iştirak edib, beynəlxalq ekspertlərin ölkəmizə 37 missiyası həyata keçirilib, komitənin mütəxəssislərinin isə həmin ölkələrə 14 təlim səfəri baş tutub.

Sonra Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş Tvinninq layihəsi üzrə 2 il ərzində görülmüş işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Konfransda iqtisadiyyat naziri Şahin Mustafayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Litva Statistika İdarəsinin baş direktoru Vilija Lapeniene çıxış ediblər.

Avropa İttifaqının Statistika Bürosunun nümayəndəsi Yuri Skaskeviç isə ötən il sentyabrın 12-16-da və cari il fevralın 6-9-da Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğunluğu baxımından inkişaf səviyyəsinin qiymətləndirilməsinin yekunları ilə bağlı məruzə edib.

Sonra Tvinninq layihəsi üzrə “Statistik keyfiyyətin idarə olunması”, “Coğrafi İnformasiya Sistemi”, “Gəlirlər və həyat şəraitinə dair statistika”, “Əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə dair statistika” və “Turizm statistikası” komponentləri üzrə təqdimatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Yekunda Almaniya Federal Statistika İdarəsinin məsul işçisi, Avropa İttifaqına üzv dövlət tərəfindən layihə rəhbəri Rinqo Raupax Tvinninq layihəsi çərçivəsində görülən işlərə dair hesabatla çıxış edib.

Konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, xarici ölkələrin statistika qurumlarının təmsilçiləri, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvləri də iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!