21/01/2018 12:17

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0849 0.0301 0.4512


Birjadasan

Bitkoin ucuzlaşıb


11.01.2018   10:06


Dünyada ən populyar kriptovalyuta olan bitkoin 13 min dollaradək ucuzlaşıb.

ASAN Radio xəbər verir ki, bu ucuzlaşma Cənubi Koreyada kriptovalyuta ilə ticarətə tam qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə bəyanatdan sonra qeydə alınıb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 8,7% və ya 13,13 min dollaradək ucuzlaşıb. "Coindesk" isə bu kriptovalyutanın məzənnəsinin 11% və ya 13,25 min dollaradək azaldığını yazır.

Qeyd edək ki, Koreya Respublikası bitkoin və "Ethereum"la ticarət əməliyyatlarının aparıldığı iri bazarlardan biridir. Ölkənin ədliyyə naziri Pak San Gi bildirib ki, hakimiyyət virtual kartlarla bağlı vəziyyətdən narahatdır.




Xəbər lenti

20 Yanvar
19 Yanvar











ASAN Radio telefonunuzda
Facebook