USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Formula-1 Azərbaycan Qran-Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Formula-1 yarışının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) İngiltərənin Birmingem şəhərində yerləşən “NEC Arena”da keçirilən 28-ci beynəlxalq avtoidman sərgisində növbəti dəfə təmsil olunub.

ASAN Radio xəbər verir ki, stenddə sərgi ziyarətçilərinə çəkilişdə iştirak edərək Azərbaycana ikinəfərlik səyahət paketi, Qran-Priyə bilet qazanmaq və simulyatorlarda Bakı şəhər halqasında yarışmaq imkanı təqdim olunub. Həmçinin ziyarətçilərə Formula-1-in ən yeni şəhər treki olan Bakı şəhər halqası və satışda olan müxtəlif bilet seçimləri haqqında ətraflı məlumat verilib.

Sərgidə Azərbaycan Qran-Prisini təmsil edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ölkəmizdə keçiriləcək Formula-1 yarışına beynəlxalq ictimaiyyətin böyük maraq göstərdiyini bildirib: “Biz Azərbaycan Qran-Prisi barədə məlumatları daha geniş auditoriyaya çatdırmaq üçün yarışı ən yüksək səviyyədə təbliğ etməyə çalışırıq. Bu möhtəşəm sərgidə ötən il də iştirak etmişdik. Ancaq bu il Bakıda keçiriləcək yarışa daha böyük maraq var. Stendimizi ziyarət edən avtoidman həvəskarları böyük həvəslə növbəti yarışı gözlədiklərini bildirdilər.

Həmçinin avtoidman sahəsi üzrə ixtisaslaşmış beynəlxalq media qurumlarının təmsilçiləri ilə də görüşlər keçirdik, onlara ilin ən yaxşı yarışına ev sahibliyi etmiş paytaxtımızda baş tutacaq növbəti möhtəşəm Formula-1 yarışı ilə əlaqədar son yenilikləri təqdim etdik. Göstərilən beynəlxalq marağa əsasən deyə bilərəm ki, bu il Azərbaycan Qran-Prisi xaricdən əvvəlki illərdəkindən daha çox avtoidman həvəskarı cəlb edəcək”.

Beynəlxalq avtoidman sərgisi hər il Formula-1 çempionatından əvvəl qapalı məkanda keçirilən dünyanın ən böyük avtoidman sərgisidir. Sərgi çərçivəsində ziyarətçilərə Formula-1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı, avtoidman və avtomobil sahələrinə dair son yeniliklərlə əyani şəkildə tanışlıq imkanı təqdim olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!