Sumqayıt "ASAN xidmət" mərkəzi və "ASAN Könüllüləri" Təşkilatının nümayəndəliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərində "Əsgərə məktub" layihəsi ilə bağlı tədbirlərə start verilib.
ASAN Radioya verilən məlumata görə, “Məktəbdən-səngərə” şüarı adı altında başladılan aksiyaya Sumqayıt şəhərində yerləşən 43 ümumtəhsil məktəbi və digər məcburi köçkün rayonlarının məktəbləri qoşulacaq.
İlk tədbir Sumqayıt şəhərində yerləşən H.Quliyev adına Qubadlı rayon Çaytumas kənd tam orta məktəbində baş tutub. Əvvəlcə vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ASAN Könüllüləri Təşkilatının Sumqayıt üzrə nümyəndəsi Rza Mirzəzadə "ASAN Könüllüləri" Təşkilatı barədə və "Əsgərə məktub" layihəsi barədə şagird və müəllimləri məlumatlandırıb. Daha sonra məktəbin direktoru Həsənova Şamama çıxış edərək, layihəyə öz dəstəyini ifadə edib. Sumqayıt "ASAN xidmət" mərkəzinin könüllüsü, aprel döyüşlərinin iştirakçısı Emin Yunusov şagirdlərin əsgərlərə yazdıqları məktubları qutulara atıblar.
Qeyd edək ki, il ərzində aksiyanın davamlı olaraq 100 dən çox məktəbdə keçiriləcəyi planlaşdırılır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!