USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Gənclər Fondunun icraçı direktoru təyin olunub, Müşahidə Şurasının tərkibi təsdiqlənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Gənclər Fondunun Müşahidə Şurasının sədrinin, üzvlərinin və icraçı direktorunun təyin edilməsi barədə sərəncamlar imzalayıb.

ASAN Radio xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncama əsasən, Fərid Cəfərov Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin imzaladığı digər sərəncamla isə Fondun Müşahidə Şurasının tərkibi təsdiqlənib. Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Fondun Müşahidə Şurasının sədri təyin olunub. Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini İlham Hümbətov isə Müşahidə Şurasının üzvləri təyin ediliblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio