USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan-Türkiyə münasibətləri dünya ölkələri üçün nümunədir

Martın 14-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASAN Radio xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə Türkiyə arasında əlaqələrin eyni tarixi, mədəni, dini, mənəvi köklərə əsaslanaraq dostluq, qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini deyib. Parlamentlərarası əlaqələrimiz də durmadan inkişaf edir, qanunverici orqanlarımızın nümayəndə heyətləri beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər.

Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini verir. İndiyədək iki ölkə arasında 210-dan çox sənəd imzalanıb. Bütün bunlar dövlətlərarası münasibətlərə müsbət təsir göstərən amillərdir.

Baş nazir Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrindən danışıb. O qeyd edib ki, Azərbaycanla Türkiyə qlobal layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP layihələri buna parlaq misaldır. Azərbaycanı və Türkiyəni sağlam təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim dostluğumuza, qardaşlığımıza zərər yetirə bilməz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!