USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehran şəhərində fars dilində nəşr olunub.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, divan “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında bir neçə ildir həyata keçirdiyi layihələr çərçivəsində Tehranın məşhur Mobini-Əndişə yayım evinin Nevis mətbəəsində nəfis tərtibatda farsdilli oxucuların görüşünə gəlib. “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” layihəsinin rəhbəri yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə indiyədək İranda və Türkiyədə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Peyğəmbər”, “Topal Teymur”, “Şeyx Sənan”, “Maral” əsərləri, “Cavid xəzinəsindən” adlı toplu, bundan başqa, bir çox xarici ölkə və keçmiş sovet respublikalarında müasir şair və yazıçılarımızın ən maraqlı yaradıcılıq nümunələri tərcümə olunaraq oxuculara təqdim edilib.

“Dünya yuxutək əriyir...” divanı bəhs olunan layihənin fars dilinə tərcümə edilmiş və nəfis nəşri təmin olunmuş növbəti uğurlu addımıdır. Leyla Əliyevanın yüksək dünyagörüşünü, daxili aləminin ecazkar zənginliyini, nadir poetik yaradıcılıq üslubunu, qəlbində köklənən sönməz ədalət hissini və duyğularını tərənnüm edən şeirlər fars dilinə görkəmli tərcüməçi-şair Əkbər Əlyar Həmidi və tanınmış şairə, yazıçı-publisist Süsən Nəvadə Rəzi tərəfindən peşəkarlıqla tərcümə olunaraq divana daxil edilib.

Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının ədəbi mühitində öz yaradıcılıq dəstxətləri ilə seçilən Əkbər Əlyar Həmidi və Süsən Nəvadə Rəzi təkcə mütərcim kimi deyil, şair və tənqidçi kimi də böyük nüfuz sahibidirlər.

“Dünya yuxutək əriyir...” divanının fars versiyasına yazdığı ön sözdə mütərcim Əkbər Əlyar Həmidi qeyd edir: “İftixarla deyə bilərəm ki, geniş ictimai-siyasi fəaliyyəti, elitar ailə mənsubiyyəti ilə tanınan şairə zəngin fəlsəfi baxışlarına, nadir yaradıcılıq dünyası və poeziya səltənəti ilə bizə Xan qızı xatın Xurşidbanu Natəvanı xatırladaraq oxucunu heyrətdə qoyur... Divanın farsdilli oxucular tərəfindən böyük maraqla qarşılanacağına sonsuz ümid bəsləyirik”.

Leyla xanım özünün zəngin dünyagörüşü, fitri yaradıcılıq istedadı, nadir poetik üslubu, təbiət hadisələri ilə insan hissləri arasındakı bağlılığı tərənnüm etmək qabiliyyətinə görə müasir ədəbiyyatımızda xüsusi seçilir. Heç şübhəsiz ki, “Dünya yuxutək əriyir...” divanı dünya ədəbiyyatında böyük və əzəmətli yeri olan fars dilində yazılmış əsərlər sırasında özünə layiq yer qazanacaq, divandakı şeirlərin bir çoxu qonşu ölkənin bəstəkar və müğənniləri, eləcə də farsdilli poeziyasevərlər üçün cəlbedici olacaq.

Nəşrin rəhbəri və poetik ön sözün müəllifi AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtıdır.

“Dünya yuxutək əriyir...” divanı ilə tanış olmaq istəyən farsdilli oxucular kitabı Azərbaycanın və İranın əksər böyük kitabxanalarından və satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, nəşrin təşəbbüskarları divanın yaxın gələcəkdə İran İslam Respublikasında ərəb qrafikası ilə Azərbaycan dilində nəşrini də nəzərdə tuturlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!