USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
K.Əliyev BMT-də "ASAN Xidmət"dən danışdı

BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyasının qəbul edilməsinin 15 illiyi ilə bağlı BMT Baş Assambleyasının yüksək səviyyəli müzakirələri keçirilib.

BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak və BMT-nin baş katibi Antonio Quterreşin də iştirak etdiyi tədbirdə Azərbaycanı baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin yüksək səviyyəli seqmentində çıxış edən K.Əliyev korrupsiyanın istənilən cəmiyyətdə demokratiyaya və qanunun aliliyinə təhlükə təşkil etdiyini, onun iqtisadi inkişafını ləngitdiyini bildirib. Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin prioritetlərindən biridir. O, Azərbaycanın BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası başda olmaqla beynəlxalq və regional sənədlərə qoşulduğunu, qısa bir müddət ərzində beynəlxalq standartlara uyğun müasir qanunvericilik sisteminin yaradıldığını, bu vaxta qədər korrupsiyaya qarşı dörd milli fəaliyyət planının icra edildiyini bildirib. Baş prokurorun müavini korrupsiyanın qarşısının alınması sahəsində milli siyasəti müəyyənləşdirən Korrupsiyaya qarşı Mübarizə Komissiyasının və konvensiyanın müddəalarına uyğun olaraq ixtisaslaşmış anti-korrupsiya qurumunun - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təsis olunması və onların uğurlu fəaliyyəti barədə məlumat verib.

K.Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət xidmətlərinin şəffaflığına xüsusi əhəmiyyət verildiyini və bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və "Azərbaycan brendi" hesab edilən ASAN Xidmətin 2015-ci ildə BMT-nin İctimai Xidmətlər üzrə Mükafatına layiq görüldüyünü bildirib.

Korrupsiyaya qarşı mübarizənin digər istiqaməti kimi ölkəmizdə ədliyyə sahəsində aparılan islahatlara toxunan baş prokurorun müavini bu islahatların Avropa Şurasının Ədliyyənin Səmərəliliyi üzrə Komissiyası tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb.

Çıxışda eyni zamanda korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa da mühüm önəm verildiyi bildirilib və ölkəmizin konvensiyanın icrasının icmalı mexanizmində, eləcə də Prokurorların Korrupsiyaya qarşı Şəbəkəsinin işində fəal iştirak etdiyi qeyd olunub.

Tədbir çərçivəsində bir sıra ölkələrin anti-korrupsiya qurumlarının rəhbərləri və BMT-nin Cinayətkarlıq və Narkotiklərə qarşı Mübarizə Ofisinin rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!