19/10/2018 12:42

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Mədəniyyət

Akif Əlizadə: AMEA-da elm və təhsil vahid sosial institut kimi formalaşır


08.06.2018   10:57


Son beş ildə elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədrisi istiqamətində bir sıra mühüm işlər görülüb.

ASAN Radio xəbər verir ki, bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə iyunun 8-də AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik ümumi yığıncaqda bildirib. O deyib ki, akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.

A.Əlizadə diqqətə çatdırıb ki, yüksək ixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq, Azərbaycanın yüksək ixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir. O vurğulayıb ki, AMEA-da magistratura təhsilinin həyata keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər də edilib. Akademik son beş ildə elm və təhsilin inteqrasiyası sahəsindəki uğurlardan biri kimi doktorluq təhsilinin və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən “Nizami” layihəsini də xüsusi qeyd edib.




Xəbər lenti

19 Oktyabr
18 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook