21/11/2018 01:46

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9459 0.0259 0.3191


Mədəniyyət

“Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı sərgi FOTOLARDA


15.06.2018   13:12


14 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Daş Salnamə” muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı ABAD məhsullarının sərgisi baş tutub.   

Sərginin keçirilməsində məqsəd ABADçı olaraq fəaliyyət göstərən ailələrin xalqımızın estetik baxışlarını, zövq və mənəvi dəyərlərini əks etdirən əl işlərini və ABADçılar tərəfindən istehsal olunmuş qida məhsullarını nümayiş etdirmək, milli irsimizi daha geniş auditoriyaya çatdırmaqdır.

Tədbirdə dövlət qurumları və özəl şirkətlərin, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sərgidə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış nitqi ilə çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki,  Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, ölkəmizdə ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Ülvi Mehdiyev daha sonra çıxışında milli irsimiz hesab olunan xalq sənətkarlıq nümunələrinin və qida məhsullarının ənənəvi istehsalının bugünki və gələcək nəsillərə çatdırılmasında ABADın nəcib missiyaya malik oldugunu vurğulayıb. 

Sonra iştirakçılar sərgidə nümayiş etdirilən fotoşəkillərlə yaxından tanış olub, xoş təəssüratlarını bölüşüblər.

Tədbir müasir və klassik musiqilərin səsləndirildiyi bədii hissə ilə davam etdirilib.














ASAN Radio telefonunuzda
Facebook