USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Goranboyda canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradıldı İlham Əliyev türkiyəli deputatlarla görüşüb Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib Azərbaycanın keçən ay ən çox məhsul göndərdiyi ölkə İtaliya olub Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
Gün ərzində çox oturmaq ölüm riskini artırır

Amerikanın Xərçəng Cəmiyyətinin araşdırmasına görə, idmanla məşğul olunsa belə, çox oturmaq 13 xəstəlikdən ölüm riskini artırır.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, gündə 6 saat və ondan çox oturanların erkən ölüm riski üç saatdan az oturanlara nisbətən 19 faiz daha yüksəkdir.

Araşdırma nəticəsində çox oturmağın xərçəng, ürək xəstəlikləri, insult, diabet, xroniki obstruktiv ağciyər xəstəliyi, ağciyər və qaraciyər xəstəlikləri, mədə xorası və digər həzm sistemi xəstəlikləri, Parkinson, Alzeymer, mərkəzi sinir sistemi və əzələ-skelet sistemi xəstəlikləri səbəbindən ölüm riski ilə əlaqəli olduğu və hətta intihar ehtimalını artırdığı müəyyənləşib.

Tədqiqat zamanı 128 min qadın və kişinin sağlamlıq haqqında məlumatlarına baxış keçirilib. Xroniki xəstəlikləri olmayan bu insanların təxminən 49 mini araşdırma aparılan 21 il ərzində vəfat edib.

Mütəxəssislər çox oturmağın xərçəngdən ölüm riskini 10 faiz artırdığını, əzələ-skelet sistemi xəstəliklərindən isə ölüm təhlükəsini 60 faizə yüksəltdiyini deyiblər. Az oturmağın faydalı olduğunu qeyd edən tədqiqatçılar bir saat oturduqdan sonra iki dəqiqə ayaq üstə dayanmağın və ya yüngül hərəkətlər etməyin qanda xolestrol, səviyyəsinə, şəkər və təzyiqə təsir etdiyini diqqətə çatdırıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio