USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib Azərbaycanın keçən ay ən çox məhsul göndərdiyi ölkə İtaliya olub Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim Fevralın 19-də xarici valyutaların manata qarşı məzənnələri
“Murov qartalı”nın 46-cı doğum günüdür

Bu gün aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.

ASAN Radio xəbər verir ki, R.Orucov yaşasaydı, 46 yaşını qeyd edəcəkdi.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Raquf ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib. 

Raquf 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Orucov olub.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan "Murov qartalı" polkovnik-leytenant Raquf Orucov həmin ayın 5-də son mənzilə yola salınıb. Sumqayıt Şəhidlər Xiyabanında keçirilən vida mərasimində 10 000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib. 

Polkovnik-leytenant R.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio