Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu və ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzinin təşkilatçılığı ilə #SMM2018 Business Breakfast başlayır.
SMM mütəxəssislərinin toplaşdığı yeganə məkan olaraq tanınan #SMM2018 Business Breakfast Sizə 2 ay müddətində peşəkarlar tərəfindən öyrədilən zəngin bilik və bacarıqlar, müəssisə rəhbərləri ilə səhər yeməyi ətrafında işgüzar əlaqələr təklif edir.
Əgər Siz də karyeranıza SMM mütəxəssisi olaraq davam etmək istəyirsinizsə smm2018.asankadr.az üzərindən müraciət edə bilərsiniz.
Son müraciət tarixi: 12 avqust 2018-ci il.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!