USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

Trend-in məlumatına görə, anım günü münasibətilə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivləri II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Görkəmli Azərbaycan alimi, professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb.

G.Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva Azərbaycan Şərqşünaslıq elminin inkişafında silinməz iz qoyan alimdir: "3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin müəllifi olan Aida İmanquliyeva ilk dəfə sistemli şəkildə ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənib".

İnstitut direktorunun sözlərinə görə, məhz onun tədqiqatları nəticəsində müəyyən olunub ki, yeni ərəb ədəbiyyatı Qərb ədəbiyyatının, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin çox güclü təsirinə məruz qalıb və onlardan bəhrələnib:

“Yeni ərəb ədəbiyyatında bu təsirin çox böyük izləri öz əksini tapıb. Belə ki, ərəb şairlərinin və yazıçılarının yazdığı əsərlərdə milli xüsusiyyətlər saxlanılmaqla süjet dairəsi çox genişlənib. Ərəb ədəbiyyatı orta əsrlər arxaizmlərindən azad olundu və dünya miqyasına çıxan yeni ərəb ədəbiyyatı yarandı. Aida xanım bu əsərləri yazarkən həm Qərb ədəbiyyatından – ingilis və fransız, eyni zamanda rus dilli ədəbiyyatdan geniş istifadə etdi”.

G.Baxşəliyeva qeyd edib ki, Aida İmanquliyeva rus tənqidi realizminin nümayəndələrinin - A.P.Çexovun, F.M.Dostoyevskinin, L.N.Tolstoyun, N.V.Qoqolun çox gözəl bilicisi idi:

“O, Belinskini demək olar ki, sətir-sətir öyrənmişdi. Belinskinin ərəb ədəbiyyatına, xüsusilə Mixail Nuamə adlı Livan yazıçının yaradıcılığına təsirini ilk dəfə Aida xanım öyrənmişdi. Mən deyərdim ki, ərəblər özləri mühacirətdə yaranmış ərəb ədəbiyyatını - ərəb məhcər ədəbiyyatını Aida xanım qədər dərindən tədqiq edə bilməyiblər. Odur ki, onun əsərləri bu gün də tələbələrin, tədqiqatçıların stolüstü kitabıdır. Dünyada bu gün elə bir alim tapılmaz ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində mühacirətdə yaranmış yeni ərəb ədəbiyyatını tədqiq etsin, amma Aida xanımın əsərlərinə müraciət etməsin”.

Alim qeyd edib ki, Aida xanım ədəbiyyatların sintezi, onların bir-birinə qarşılıqlı təsirini öyrənən çox az sayda mütəxəssislərdən biri olub: "Bu gün Aida İmanquliyevanın yaradıcılığı tədqiqat obyektinə çevrilib. Onun haqqında olan, eyni zamanda, alimin öz əsərləri bu gün bir çox dillərə tərcümə olunaraq işıq üzü görüb. Alim heç vaxt dünyasını tam dəyişmir. O, bu gün bizdən cismən ayrılıb, ruhən bizimlədir. Onun ruhu bütün əsərlərində yaşayır. Dünya şərqşünaslıq elmi durduqca Aida xanımın da əsərləri yenidən oxunacaq və onlara müraciət olunacaq, onun yaratdığı ədəbiyyatlardan istifadə olunacaq. Biz inanırıq ki, gələcək nəsillər də böyük minnətdarlıqla belə bir böyük alimi yad edəcəklər”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!