20/10/2018 06:53

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Dövlət qurumları

XİN: Ermənistanın işğal olunmuş ərazilərdə keçirəcəyi təlimlər danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür


25.09.2018   18:18


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə sentyabrın 26-da Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə, münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür.

ASAN Radionun xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sentyabrın 25-28-də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçirilməsi ilə bağlı şərhində vurğulanıb. 

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu il sentyabrın 26-da Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.




Xəbər lenti

19 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook