USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əbülfəs Qarayev Mərakeşə gedib

Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO Baş Konfransının 13-cü sessiyasında iştirak etmək məqsədilə Mərakeşə gedib.

Nazirlikdən "Report"a bildirilib ki, toplantı oktyabrın 11-də ölkənin Rabat şəhərində başlayıb.

Azərbaycan sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində iştirak edir.

İclasda Baş Konfransın prosedur qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə dair qəbul edilmiş qərarların icrası, İSESKO-nun 2019-2021-ci illər üzrə üç illik fəaliyyət planı və büdcəsi, 2019-2027-ci illər üzrə orta müddətli strateji fəaliyyət planı və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Ə.Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, ölkənin mədəniyyət, təhsil və elm sahələrində uğurlarını, cari ildə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd olunduğunu və bu ilin oktyabrın 25-26-da ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini qeyd edib. Nazir həmçinin Azərbaycanın sədrliyi dövründə görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycanın sədrliyi çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən İSESKO Baş Konfransına sədrlik edir və cari ildə sədrliyi başa çatır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!