20/11/2018 19:22

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9459 0.0259 0.3191


Gündəm

Mikayıl Müşfiqlə bağlı işçi qrup Prezident Administrasiyasında toplaşır


01.11.2018   11:19


Bu gün Prezident Administrasiyasında Mikayıl Müşfiqlə bağlı işçi qrupun ilk toplantısı keçiriləcək. REAL TV-nin məlumatına görə, qrup Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqların tapılması məsələsini müzakirə edəcək. 

Qeyd edək ki, məsələni Azərbaycan Prezidenti İlham Əliyev şəxsi nəzarətinə götürüb. Dövlət başçısı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.














ASAN Radio telefonunuzda
Facebook