USD - 1.7 EUR - 1.9559 RUB - 2.1627 TRY - 0.043 DAHA ÇOX
YENİLİKLƏR
Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu    28 aprel - 4 may
ASAN Radionun direktoru Emin Musavi “Könüllü məşhurlar” layihəsinin qonağı oldu

Sumqayıt regional “ASAN xidmət” mərkəzi  “Radio və televiziya işçilərinin peşə bayramı” ilə əlaqədar olaraq “Könüllü məşhurlar” layihəsi çərçivəsində növbəti qonağını qəbul edib. Məşhur aparıcı, ASAN Radionun direktoru Emin Musavi Sumqayıt regional “ASAN xidmət” mərkəzinin qonağı olub.

“Könüllü məşhur” cari və məzun könüllülərlə çay süfrəsi arxasında görüşüb, öz həyat təcrübəsindən, eləcə də Radio və televiziya tarixindən və jurnalistika sənətinin əhəmiyyətindən, əldə etdiyi uğurlardan danışıb və könüllülər tərəfindən verilən sualları cavablandırıb.

 

Sonra “Könüllü məşhur” könüllülük fəaliyyətinə başlayıb, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində xidmət göstərib, vətəndaşlardan sorğu götürüb.

Emin Musavi "Yaşıl ASAN", "Əsgərə məktub" layihələrinə dəstəyini ifadə edib. Bütün fəaliyyəti  nəzərə alınaraq, Emin Musavi “Radio və televiziya işçilərinin peşə bayramı” ilə əlaqədar Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olunub. 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!