USD - 1.7 EUR - 1.9409 RUB - 2.1107 TRY - 0.0418 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“Bir könüllüdən min könüllüyə” adlı layihənin açılışı və ilk seminarı

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrdə könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və gənclərin bu sahəyə marağını artırmaq məqsədi ilə yeni layihəyə start verdi. Bu məqsədlə dekabrın 26-da Sumqayıt Dövət Universitetində “ Bir könüllüdən min könüllüyə” adlı layihənin açılışı və ilk seminarı keçirildi.

Görüşdə layihə rəhbəri Nərmin Cahangirova çıxış edərək layihə haqqında geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramaları qrant şəklində məqsədli maliyyələşdirmək üçün hər il qrant müsabiqəsi elan edir.

Bu il həmin qrant müsabiqəsinin qalibləri sırasında Nərmin Cahangirovanın  “Bir könüllüdən min könüllüyə” adlı layihə də yer almışdır. Layihənin əsas məqsədi təhsil müəssisələrində təhsil alan tələbələrdə könüllülük fəaliyyəti ilə başlamış gənclərin uğurlarını onlara əyani şəkildə göstərmək, bu fəaliyyətin təbliği və təşviqini həyata keçirmək, sosial xidmətlər sahəsində könüllü müraciətlərin sayını və gənclərin bu sahəyə marağını artırmaqdır. Nərmin Cahangirova onu da qeyd etdi ki, şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin tələbələri hər zaman könüllülük fəaliyyətinə maraq göstərib və göstərməkdədilər.Təsadüfi deyil ki, layihənin açılışını və ilk görüşünü Sumqayıt Dövlət Universitetinin tələbələri üçün təşkil etmişik.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliliyinin Könüllülərlə İş sektorunun müdiri Sahil Məmmədli, Sumqayıt regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsini icra edən Kəmalə Rəhimova, ASAN Könüllüləri Təşkilatının rəhbəri Səbinə Cabarova, Sumqayıt şəhər Gənclər İdman Baş idarəsinin rəis müavini Mübariz Bəşirov, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin rəhbəri Mətanət Məhərrəmova çıxış edərək ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətindəki dövlət qayğısından söhbət açdılar. Ölkə başçısının ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladılar. Könüllülük hərəkatının cəmiyyətdə vətəndaş fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırdılar. Cəmiyyətdə könüllü olaraq ilk addımlarını atan gənclərə uğurlar arzuladılar.

Tədbirdə layihə üzrə speaker Nurlan Səmədlinin “Könüllülük uğur hekayəsi” dinlənildi.

Qeyd edək ki, tədbir 2 hissədən ibarət idi. Çıxışlardan sonra 2-ci hissədə təlimçi Rəşad Məmmədovun tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” barədə təlim keçdi. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!