USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN-in əməkdaşları "ASAN xidmət"in təmin etdiyi məkanda yerləşəcəklər

Azərbaycan Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevin 15 yanvar 2019-cu il tarixli Fərmanına əsasən konsulluq xidməti ilə bağlı bəzi məsələlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN) həvalə edilməsinə aydınlıq gətirib.

XİN Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayevanın Trend-ə verdiyi məlumata görə, bu dəyişikliyin əsas məqsədi vətəndaşlar və dövlət qulluqçularının müvafiq müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsidir:

"Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev ölkəmizdə struktur islahatlarının həyata keçirilməsi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib və bu barədə dövlət başçısının Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi nitqində qeyd olunub. Məhz bu xüsusda, konsulluq sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli Fərmanına əsasən müəyyən konsulluq xidmətləri, o cümlədən xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmin ediləcəkdir. Bu o deməkdir ki, XİN-in əməkdaşları digər dövlət qurumlarının təcrübəsində olduğu kimi müvafiq müraciətlərin qəbul edilməsi və icra edilməsi üçün "ASAN xidmət"in təmin etdiyi məkanda yerləşəcəklər".

L.Abdullayeva qeyd edib ki, paralel olaraq bu xidmətlər XİN-in Konsulluq idarəsi tərəfindən də təmin olunacaq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!