USD - 1.7 EUR - 1.9849 RUB - 2.178 TRY - 0.0423 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı seminar keçirilib

ASAN Radio xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin “Dəyirmi masa” layihəsi çərçivəsində “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı seminar keçirilib.

Seminarda  tar sənətinin çoxəsrlik inkişaf mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti, professor Siyavuş Kərimi  xalqımızın çox sevdiyi, vətənimizdə geniş populyarlıq qazanmış alətlərdən biri olan tar haqda danışaraq vurğulayıb  ki, tar ifaçılığı və sənətkarlığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin böyüklüyündən, bəşəriliyindən xəbər verir.  Güclü və özünəməxsus səs tembrinə malik olan Azərbaycan tarı həm solo, həm də orkestrlərdə virtuoz ifa imkanlarına malik olmaqla seçilir. deyən Siyavuş Kərimi bildirib ki, tar  ifaçılığı sənətinin çoxəsrlik inkişaf və təkamül yolu Azərbaycan musiqi tarixində  bir sıra ustad tarzənlərin meydana gəlməsinə möhkəm zəmin yaradıb.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov muğam sənətinin aparıcı aləti olan tarın bu sənətin yaşadılmasında, qorunmasında müstəsna xüsusiyyətə malikdir olduğunu xatırladıb. Xüsusi olaraq vurğulayıb ki,  tar ifaçılığı və sənətkarlığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi birinci vitse prezident Mehriban Əliyevanın bu istiqamətdə əvəzsiz  səyi nəticəsində mümkün olub. Tar sənətin böyüklüyündən, bəşəriliyindən danışan Murad Hüseynov Geniş səs diapazonu, aydın səs tembri, mexaniki dalğaların gec sönməsi kimi xüsusiyyətlər tarın həm də ansambl və orkestr aləti qismində inkişaf etməsinə vəsilə olmasını da sözlərinə əlavə edib. 

 Sənətşünaslıq üzrə fəlsəfə doktoru, YUNESKO-nun eksperti Sənubər Bağırova tar musiqi alətində yeniliklər məsələsinə toxunaraq, qeyd edib ki,  hər bir musiqi alətində olduğu kimi tarda da yeniliklər etmək olar və bu lazımdır. Lakin yeniliklər, müasir ifa tərzi ənənə üzərində qurulmalıdır.  Sənubər Bağlrova  70-in 30 - yeni  bir formul da təklif edib. Onun fikrincə Yeniliklər -ənənə ( 70 faiz), müasirlik (30 faiz) formulu ilə olsa daha məqbuldur.

 Muğam irsimizin tədqiqatçılarından biri, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı 30-cu illərdə tara qarşı bir qrup insanın, bəzi dövlət qurumlarının apardığı kampaniyaları xatırladaraq. Araşdırmalarından maraqlı bir faktla dəyirmi masa iştirakçıkarı ilə bölüşüb. “Kommunist” qəzetinin 11 yanvar 1929-cu il  9- cu nömrəsində “Tarın məhkəməsi” adlı bir elana rast gəkdiyini deyən  Gülhüseyn Kazımlı bildirdi ki,  elana aəsasən 1929-cu il  şənbə günü, yanvar ayının 12- də axşam saat 7 -də Bünyadzadə adına Dövlət  Türk Teatrosu binasında tarın bir musiqi aləti olmaq üzrə lazım olub-olmadığı haqqında böyük müzakirə və mübahisə məclisi çağrılır. Müzakirədə xalq maarif komissarı  Mustafa Quliyev və musiqi mütəxəssisləri iştirak edəcəkləri də bildirilir. həmin elan çap olunan səhifədə həm də Əfrasiyab Bədəlbəylinin “Tar üzərində mühakimə münasibətilə” adlı çox geniş bir məqaləsi də dərc olunub.Məqalənin manşet hissəsində böyük musiqiçimiz Əfrasiyab Bədəlbəyli yazır: “Tar- Azərbaycan xalq musiqi instrumentidir. Tarın not ilə çalınması işində böyük müvəffəqiyyətlər vardır.Tarı muzeyə göndərmək təşəbbüsü yalnışdır.Tarın tərəqqi yolunu kəsməməli.” Məqalədə Əfrasiyab Bədəlbəyli tarı Avropa və Amerika ölkələrindəki xalq musiqi alətləri ilə müqayisə edir.Tarın həmin musiqi alətlərindən nəinki geridə qaldığını, səs diapazonuna görə, hətta onlardan üstün olduğunu da qeyd edir. Bu aləti Avropa musiqi ailəsi içərisinə daxil etmək, Avropa orkestrlərini tembr etibarı ilə zənginləşdirmək deməkdir.

 Əfrasiyab Bədəlbəyli bu məqalədə tarın texniki göstəricilərini geniş təhlil etdikdən sonra onu Azərbaycan çalğı alətləri içərinsində ən çox tərəqqi və intişar edən bir alət kimi qiymətləndirərək, aparılan müzakirələrə bəribaşdan istiqamət verir və yazırdı ki, tarın tərəqqi yolunu kəsməməli, konservatoriyada tar dərslərini məhdud bir hala salmamalı, yenə də əvvəldə olduğu kimi aparmalı, Azərbaycan xalq instrumentləri nümayəndəsi sifətilə beynəlxalq musiqi instrumentləri ailəsi içərisinə daxil etməyə çalışılmalıdır. Gülhüseyn Kazımlı bu məqaləni yazan  Əfrasiyab Bədəlbəylinin həmin illərdə bu 22 yaşı olduğunu da bildirdi. 

 Konservatoriyanın  elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə, görkəmli tarzənlər - Xalq artistləri Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Fikrət Verdiyev, həmçinin AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, Sadıqcanın nəticəsi, tədiqatçısı Elxan Cəfərov və başqaları məruzələrlə çıxış ediblər. Məruzələrdə tar alətinin yaranma tarixi, inkişaf mərhələləri, görkəmli tarzənlər, ifaçılıq sənətinin gələcək perspektivləri, tarın təkmilləşdirilməsi və bərpası kimi mövzulara toxunulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!