USD - 1.7 EUR - 1.9961 RUB - 2.1625 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
 Şəki “ASAN Həyat” Kompleksində möhtəşəm Bahar festivalı  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı  Şəkidə keçirildi.

Festival çərçivəsində Şəki “ASAN Həyat” kompleksində konsert proqramı baş tutdu. Konsertdə Azərbaycan estradasının ulduzları ifalarını təqdim etdilər. Konsert çoxsaylı tamaşaçıların böyük marağına səbəb oldu.

Həmçinin, festival ərzində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhlivan və kəndirbaz oyunları, milli ornamentlərin sərgisi, idmaçıların çıxışları, təqdim olundu, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası, “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklərdə (təkərli qoşqular) “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı edildi.

Festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi proiritetdir.

Təşkil olunan tədbirdə ölkəmizdə akreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki,  “ASAN Həyat” Bahar Festivalı daha əvvəl Qubada baş tutub. Növbəti həftəsonu isə Masallıda keçiriləcək.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!