Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında AMEA-nın Biologiya və Tibb bölməsi ilə birlikdə Elm Gününə həsr olunmuş elmi seminar keçirilib. Konfransda Azərbaycanla yanaşı, Rusiya və Belarusdan mütəxəssislər iştirak ediblər.
ASAN Radionun məlumatına görə, seminardan öncə xarici qonaqlar ATU-nun Onkologiya Klinikasının direktoru, Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovla görüşüblər. Görüş zamanı akademik Ə.Əmiraslanov ATU-nun Onkoloji Klinikasının fəaliyyəti, görülən işlər barədə qonaqlara məlumat verib. Klinikada kimya terapiyası, qida borusu və sümük onkologiyası sahəsində aparıcı müəxəssislərin çalışdığını, müxtəlif mürəkkəb əməliyyatların icra olunduğunu bildirib.
AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova qeyd edib ki, Azərbaycan prezidentinin sərəncamına əsasən, ölkəmizdə hər il martın 27-si Elm Günü kimi qeyd olunur. Azərbaycanın elmi ictimaiyyəti üçün əlamətdar hadisə olan bu tarix münasibətilə AMEA-nın institutlarında, təhsil ocaqlarında müxtəlif formatlı tədbirlər keçirilir. Onkoloji Klinikda təşkil olunan elmi seminar müasir biotibbin aktual məsələlərinə həsr olunub.
Rusiyanın D.O.Ott adına Mamalıq, Ginekologya və Reproduktologiya Elmi Tədqiqat İnstitutunun Patomorfologiya şöbəsinin rəhbəri, professor İqor Kvetnoy dəvət üçün təşəkkür edərək təmsil etdiyi qurum, burada aparılan elmi tədqiqatlar barəsində məlumat verib. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, İqor Moyiseyeviç Kvetnoy Molekulyar tibb və neyroimmunoendokrinologiya sahəsində tanınmış mütəxəssis, tibb elmləri doktoru, melatoninin ekstrapineal sintezi kəşfinin müəllifidir. Rusiya Federasiyasının əməkdar elm xadimidir. Elm və texnika sahəsində RF hökuməti mükafatı laureatı, Rusiya Tibb Elmləri Akademiyasının V.X.Vasilenko adına mükafatın laureatı, Böyük Britaniya Kral Cəmiyyətinin Pirs mükafatı laureatıdır.
“Qocalmanın neyroimmunoendokrin mexanizmləri. Bukkal epiteli və yaşla bağlı xəstəliklərin fərdiləşdirilmiş diaqnostikası və target terapiyasının optimallaşdırılması” mövzusunda elmi seminarda yaşla bağlı xəstəliklər, bu xəstəliklərin yeni müalicə üsulları barədə müzakirələr aparılıb. Tədbirdə Belarusun Fiziologiya İnstitutunda onkoloji problemlərlə məşğul olan mütəxəssislərin mühazirələri də dinlənilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!