USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edilib

Azərbaycan Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif olunub. “Macarıstan Xidmətlərinə görə Komandor Xaçı”nı Hafiz Paşayevə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi təqdim edib. ADA Univesitetində keçirilən mərasimdə macar səfiri ölkəsinin prezidenti Yanoş Aderin adından təbrikləri və mükafatı təqdim edərkən vurğulayıb ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının strateji səviyyəyə çatdırılması, ölkələrimiz arasında mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində töhfəsinə görə layiq görülüb.

Mükafata görə təşəkkürünü ifadə edən Hafiz Paşayev bildirib ki, ali ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin elmi icmasını yaxınlaşdırmaq üçün daha həvəslə səy göstərəcək. O, deyib: “Vacibdir ki, hər iki tərəf üçün mümkün sayda çox tələbə təhsilləndirək ki, gələcəyimiz əmin əllərdə olsun.”

Mərasimdən sonra işçi görüş zamanı səfir Viktor Sederkenyi bu günlərdə Azərbaycana səfər edən Macarıstanın Xarici Siyasət və Ticarət Naziri Piter Siyartonun ADA Universitetindəki çıxışı barədə nazirin yüksək təəssuratı ilə bölüşdü. O, qeyd etdi ki, nazir ADA tələbə və müəllim heyəti qarşısındakı çıxışı və daha sonra dinamik sual-cavab sessiyasını səfərinin yadda qalan hissəsi kimi xatırlayır.

Rektor Hafiz Paşayev səfirlə söhbəti zamanı hələ Sovet İttifaqı dövründə Macarıstana alim kimi etdiyi mübadilə səfərini xatırladı və bildirdi ki, Macarıstan elmi, xüsusilə də nüvə fizikası sahəsi yüksək səviyyəli mütəxəssisləri ilə seçilirdi.

Tərəflər ADA Universitetinin Macarıstanın hazırda üç ali təhsil ocağı ilə imzaladığı əməkdaşlıq anlaşmalarının nəticələrini nəzərdən keçirib, artan sayda tələbə və müəllim heyəti üzvünün mübadilə proqramlarında iştirakını məmnunluqla qeyd etdilər. Vurğulandı ki, ADA Macarıstan universitetlərinə 27 nəfər göndərməklə, qarşı tərəfin 7 tələbəsini mübadilə semestrlərinə qəbul edib. Tərəflər bu rəqəmləri daha da artıracaqlarını bildirilər.  ADA Universitetində “Vışeqrad qrupu”nun 25 illik yubileyinin elmi konfransla qeyd edilməsi də əməkdaşlığın uğurlu nəticələrindən biri kimi qeyd olundu.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!