USD - 1.7 EUR - 1.9164 RUB - 0.0263 TRY - 0.2892 DAHA ÇOX
SON DƏQİQƏ
Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar Avqustda Bakıya 300 ədəd yeni avtobus gətiriləcək İshaqzai: BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün dəstəyi verməyə hazırdır Beynəlxalq Muğam Mərkəzində reallaşan "“Baku Summer Jazz Days” festivalı  Nazir: Mənim əsas vəzifəm Ordunu müharibəyə hazırlaşdırmaqdır
Kiyevdə insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi ciddi nəzarətə götürülüb

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb. Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev məlumat verib.

Səfir bildirib ki, hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. “Sonradan Milli Qəhrəmanımızın peşəkar həkim müayinəsində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabil Quliyevin vəziyyətini orta ağır qiymətləndirirlər”, - deyə səfir əlavə edib.

A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanımızın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio