USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda əfsanəvi ingilis personajların paradı başlayıb

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununda İngiltərəni təmsil edən 2 komanda –“Çelsi” və “Arsenal”  mübarizə aparacaq. 

ONA-nın məlumatına görə, möhtəşəm derbi ilə əlaqədar yerli Təşkilat Komitəsi maraqlı layihəyə imza atıb. 

Bu gündən başlayaraq, mayın 29-na kimi əfsanəvi ingilis personajlar -  Ceyms Bond, Böyük Britaniya kraliçası II Elizabet, onun mühafizə dəstəsi, əfsanəvi rok qrupu “Bitlz”, dünya şöhrətli komediya ustası Çarli Çaplin, “Queen” qrupunun vokalisti Freddi Merkuri, “Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı –Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms və digərləri Bakının müxtəlif yerlərində musiqili parad edəcəklər.

Bu gün ilki baş tutmuş parad “Port Baku Mall”dan başlayaraq, Kukla Teatrını və şəhərin mərkəzini – Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edib. Paradın qəhrəmanları sakinlər tərəfindən maraqla qarşılanıb, onlarla şəkillər çəkdirilib. Personajların növbəti günlərində Bakının hansı nöqtəsində üzə çıxacağı isə sakinlər üçün sürpriz olacaq.

Tanınmış ingilis qəhrəmanların son dayanacağı isə mayın 29-da böyük derbinin keçiriləcəyi Bakı Olimpiya Stadionudur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!