USD - 1.7 EUR - 1.923 RUB - 0.0237 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
Dağıstan ərazində qalan daha 250 Azərbaycan vətəndaşı bu gün ölkəyə gətirilib A.Cəbrayıllı: "Böyükşor gölünə “Azərsu”ya məxsus kanalizasiya infrastrukturundan tullantı suları axıdılmır" Birdəfəlik ödəmələr verilir Evdə müalicə olunan koronaviruslu xəstələrə dərmanların çatdırılmasına başlanılıb BMT və ASAN Radio BMT 75 təşəbbüsünün Azərbaycanda təşviqinə başlayır
Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimi zamanı düşmən təxribatının qarşısı alınıb- VİDEO

İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyindən ASAN Radioya verilən məlumata görə, bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.

Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət traektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.

">

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio