USD - 1.7 EUR - 1.9961 RUB - 2.1625 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
İmişlidə "Könüllü veloyürüşü" keçirilib

İyunun 13-də İmişlidə rayon icra hakimiyyəti və İmişli Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Könüllü veloyürüşü" təşkil olunub. Yürüşdə 50-ə yaxın könüllü velosipedçi iştirak edib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yeniyetmə və gənclər, yüzlərlə şəhər sakini iştirak edib.

 

Veloyürüşün keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlərin diqqətə çatdırılması, həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkilindən ibarət olub.

 

“ASAN xidmət” Mərkəzinin önündə keçirilən tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söhbət açıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatının bütün sahələrində irəliləyişlər əldə olundu, ictimai siyasi sabitlik bərpa edildi. Natiqlər ölkəmizin hazırki sürətli sosial-iqtisadi inkişafını, regionda lider dövlətə çevrilməsini məhz Ümummilli Liderin təməlini qoyduğu siyasətin nəticəsi kimi dəyərləndiriblər.

 

Rəsmi hissə başa çatdıqdan sonra veloyürüşə start verilib. Yürüş İmişli Regional "ASAN xidmət" Mərkəzinin qarşısından start götürüb və 3 kilometr məsafə qət olunaraq Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!