Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş günü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.
Bu barədə ASAN Radioya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Xidməti tərəfindən bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib.
Dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıblar.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sərhədçi süvariləri müqəddəs dövlət bayrağımızı başları üzərində ucaldıblar.
Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.
Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xatirəsinə və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdışı ilə ulu öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоrumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük qürur hissi ilə qeyd edib.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində keçirilən “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımızı azad etməyə, işğal altında olan dövlət sərhədlərini mühafizəyə götürməyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucaltmağa sərhədçi əzminin ifadəsi olub.
Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçuların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksəkliyi ilə qarşılanıb, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kollektivləri bayram gününə və bayraq yürüşünə həsr olunan konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış ediblər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!