USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində reallaşan "“Baku Summer Jazz Days” festivalı 
ASAN Radio xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin səhnəsində bir neçə gün davam edən caz əhvallı musiqi gecələri iyunun 14-də yekunlaşdı. Həmin gün Mərkəzin səhnəsində iki konsert təqdim edildi. Gürcüstanın etno-caz kollektivi İRİAO daha sonra isə fransalı virtuoz gitaraçı və bəstəkar Tom İbarra kvinteti çıxışları ilə caz həvəskarlarının görüşünə gəldilər. İRİAo-nun konsertindən əvvəl gürcü caz musiqisinin tarixi  və yaranması haqqında qısa məlumat diqqətə çatdırıldı. Gürcü və Azərbaycan caz musiqiçilərinin qarşılıqlı sənət mübadilələri, dostluq münasibətlərinin  Vaqif Mustafazadə tərəfindən qoyulduğu və bu gün də davam etdirildiyi vurğulandı.
İRİAO elə ilk çıxışından böyük alqışlarla qarşılandı. Gürcü milli musiqisi və caz elementləri ilə bol olan ilk çıxışdan sonra tamaşaçılarla ünsiyyət quran kollektiv Bakıda keçirilən unudulmaz caz layihəsində iştiraklarından məmnunluqlarını ifadə etdilər. Paytaxta ilk dəfə səfər etdiklərini diqqətə çatdıran qrup, Azərbaycana gürcü milli musiqisi və mədəniyyətinə verdiyi dəyərə görə təşəkkürünü bildirdi. İlk dəfə möhtəşəm Beynəlxalq Muğam Mərkəzin səhnəsində çıxış etmələrinin sevincini tamaşaçılarla bölüşən musiqiçilər məkanın səs akustikası və əsl konsert salonu olduğunu  da xüsusi vurğuladı. daha sonra kollektiv bir-birindən maraqlı kompozisiyaları təqdim etdi. İRİAO-nun bütün repertuarı Gürcü xalq musiqisi üzərində qurulmuş və caz elemenləri ilə zənginləşdirilmişdir. İRİAO dünyanın nəhəng festivallarında çıxış etmişdir. Onların arasında İndoneziyanın Java Jazz, Malayziyanın Borneo Jazz Festival, Ukraynanın Alfa Jazz Festival və digər Avstriya, Polşa və Pribaltika ölkələrinin festivallarını sadalamaq olar.
Həmin gün ikinci konsert isə fransalı gənc  və istedadlı vitrtuoz gitaraçı, bəstəkar Tom İbarra öz kvinteti ilə çıxış etdi.Musiqiçinin  yaradıcılığında Maylz Devis , Pat Metini və digər dünya ulduzlarının böyük rolu olub.
Kvintetin ifaları böyük maraqla qarşılandı.

Beynəlxalq Muğam Mərkəzin səhnəsində möhtəşəm caz festivalı  unudulmaz anlarla yaddaşlara yazıldı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!