USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət”də Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Qurumdan ASAN Radioya verilən öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində böyük dönüş dövrünə keçildiyini, dinamik və hərtərəfli inkişafı təmin edən kompleks islahatlara başlandığını vurğulayıb. 

Müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, həyat və dövlətçilik fəaliyyətindən söz açılıb. Qeyd olunub ki, zəngin siyasi irsə, təcrübəyə malik olan ulu öndərin banisi olduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı istiqamətində davam etdirilir. 

YAP Gənclər Birliyinin sədri Seymur Orucov Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlardan danışıb. Bildirilib ki, bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasətinin müəllifi olan Heydər Əliyev tərəfindən gənclərə hər zaman xüsusi diqqət, qayğı göstərilib. 

Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatda olan polkovnikləri Arif Zeynalov və İbrahim Şirinov ulu öndər Heydər Əliyevlə birgə işlədikləri dövrlə bağlı xatirələrini bölüşüblər. YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə müstəqilliyin möhkəmləndirilməsi, hərtəfəli inkişafa nail olunması, əhalinin sosial vəziyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən söz açıb. 

Tədbirdə Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub. Sonra “ASAN Könüllülük” məktəbinin təqdimatı və “ASAN xidmət” mərkəzi ilə tanışlıq həyata keçirilib. Həmçinin “Yaşıl ASAN” proqramı ilə tanışlıq məqsədi ilə Sumqayıt regional “ASAN xidmət” mərkəzinə və Təkrar Kağız Emalı Fabrikinə ekskursiyalar təşkil olunub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!