USD - 1.7 EUR - 1.9849 RUB - 2.1912 TRY - 0.0423 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Azərbaycanda bank hesablarının məsafədən açılmasına başlanılır

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində məsafədən bank hesablarının açılması proseduru müəyyən edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (Palata)  verilən məlumata görə, Palata tərəfindən “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi nəticəsində müəyyən edilən bu prosedur bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsinə, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə müsbət təsir göstərəcək.

Yeni prosedura əsasən rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər bank hesablarının məsafədən açılması imkanı əldə edir. Bank hesablarının məsafədən açılması zamanı açılacaq hesabın növündən və bu hesab üzərindən həyata keçiriləcək ödəniş əməliyyatlarının məbləğindən asılı olaraq müxtəlif yanaşmalar müəyyən edilib. Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, video görüntü, müvafiq informasiya resursunda autentifikasiya kimi üsullardan istifadə edilməklə açıla bilər.

Bununla əlaqədar olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və bank ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilərək bank hesablarının məsafədən açılması prosesi, bu sahədə atılacaq addımlar və nəzərə alınacaq məsələlər müzakirə edilib.

Qarşılıqlı müzakirələr şəraitində keçən təqdimat zamanı bank nümayəndələrinin məsafədən bank hesablarının açılması ilə bağlı çoxsaylı sualları cavablandırılmış və bu sahədə yeni həllərin tətbiqinə toxunulub.(REAL)

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!