USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan və ABŞ  arasında İkinci Kənd Təsərrüfatı Forumu Oklahomada keçiriləcək

Bu ilin 6-8 noyabr tarixlərində Oklahoma şəhərində birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək.

ASAN Radionun məlumatına görə, forum kənd təsərrüfatı sahəsində müsbət təcrübələri bölüşmək və hər iki tərəfin tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssis/nümayəndələr, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın kənd təsərrüfatı sahəsində çalışan dövlət nümayəndələrini bir araya gətirəcək.

Bu, ABŞ və Azərbaycandan dövlət nümayəndələri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən ikinci belə forumdur. Bu ilin aprel ayında Çikaqoda keçirilən ilk belə forumda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə 14 Azərbaycan şirkətindən ibarət nümayəndə heyəti və 33 amerikan şirkəti iştirak ediblər. Çikaqo forumu Azərbaycanın kənd təsərrüfatı sektoru və ABŞ-ın İllinoys ştatının fermer, aqrobiznes və istehsalçıları ilə əlaqələr yaratmış oldu.

Oklahoma-Azərbaycan Forumu heyvandarlıq/maldarlığa xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək. Oklahoma ABŞ-da çovdar üzrə birinci, mal əti üzrə isə ikinci ən böyük istehsalçıdır. Kənd təsərrüfatı dövlətin illik iqtisadiyyatının 7.1 milyard dollarını təşkil edir və kənd təsərrüfatı məhsullarının ixracı ştata ildə 1.9 milyard gəlir gətirir.

Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında uğurlu əməkdaşlıq kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb.

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası birgə təşkilatçılığı, eləcə də Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı Səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatasının tərəfdaşlığı ilə təşkil olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!