USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı DOST mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb.

ASAN Radioya nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, müraciəti edən paytaxtın Yasamal rayon sakini Namiq Nəsibov “DOST” mərkəzinə itirilmiş pensiya kartının alınması ilə bağlı müraciət edərək, mərkəzin bu istiqamət üzrə xidmətindən faydalanıb. 

Mərkəzin direktoru Seymur Alıyev ona təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib, DOST xidmətlərindən faydalandığı üçün ona təşəkkürünü bildirib. N.Nəsibov mərkəzdə vətəndaşlara, o cümlədən ona yüksək səviyyəli xidmət göstərilməsindən məmnunluğunu ifadə edib. O, sosial sahə üzrə genişmiqyaslı xidmətlərin əhaliyə “bir pəncərə”dən, operativlik və şəffaflıq, nəzakətlilik və vətəndaş rahatlığı prinsipləri əsasında təqdim edilməsi üçün belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!