USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub.

 

ASAN Radioya Tarix İnstitutundan verilən məlumata görə, Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. O, Bakıya “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin dəvəti ilə gəlib. Hazırda Almaniyada yaşayır, ixtisasca isə mühəndisdir.

 

Görüşdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qonağa elmi müəssisədə aparılan araşdırmalarla bağlı geniş məlumat verib: “Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət verib. İnstitut ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır. Hazırda institutda Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələri yenidən yazılır və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixi araşdırılır”.

 

Bildirilib ki, Tarix İnstitutunun nəşrləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. 2012-ci ildə Prezidentin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə institutun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib. Son illərdə institutun Elmi Şurasının qərarı ilə “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” adlı əsərlər Azərbaycan, rus, ingilis, ispan, ərəb, fars və erməni dillərində çap olunub.

 

Görüş zamanı qeyd edilib ki, Azərbaycan həqiqətləri müxtəlif yollarla dünya ictimaiyyətinə çatdırılır və xarici ölkələrdə yaşayan azərbaycanlıların, xüsusilə də diaspor təşkilatlarımızın birgə fəaliyyəti isə olduqca vacibdir. Elmi Şurada İrəvan xanları nəslinə mənsub olan ailələr, onların ayrı-ayrı nümayəndələri haqqında məlumatların toplanılması və elmi dövriyyəyə gətirilməsi ilə bağlı razılıq əldə olunub.

 

Elmi Şuranın iclasında Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, institutun şöbə müdirləri Ədalət Qasımov, Mais Əmrahov və Allahverdi Əlimirzəyev, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Nədimə Rəhimli də iştirak etmişlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!