USD - 1.7 EUR - 1.9849 RUB - 2.178 TRY - 0.0423 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“ADA" Universitetininə bu il qəbul olan tələbələrin 50 faiz təhsil güzəştləri qazanıblar

"ADA" Universitetinin Qəbul və Tələbə Qeydiyyatı şöbəsinin açıqladığı məlumata görə, 2019-2020 tədris ili üçün nəzərdə tutulan qəbul planı 695 tələbə qəbul edilərək tam dolub.

ASAN Radionun məlumatına görə, bunlardan 577 tələbə səkkiz ixtisas üzrə bakalavr proqramlarına, 118 tələbə isə dörd ixtisas üzrə magistr proqramlarına daxil olub. Tələbələrin 54% Bakı şəhəri, 46% isə bölgələr və xaricdən qəbul olunub. Bakalavr ixtisasları üzrə “ADA" Universitetinə bu ilki DİM imtahanları orta keçid balı 538 təşkil edib. İxtisaslar üzrə ən yüksək minimum keçid balı isə hüquqşunaslıq ixtisası üzrə izlənilib - 551 bal. Ötən illə müqayisədə I qrup üzrə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinə sənəd verən abituriyentlər imtahan nəticələrinə əsasən kompüter elmləri və mühəndislik ixtisasları üzrə minimum keçid balını 100 bal artırıblar.

“ADA" Universitetinə bu tədris ili qəbul edilən tələbələrin 50% akademik göstəricilərinə əsasən müxtəlif təhsil güzəştləri qazanıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!