USD - 1.7 EUR - 1.8799 RUB - 0.0265 TRY - 0.2973 DAHA ÇOX
SON DƏQİQƏ
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırılıb - VİDEO 7 ildir bağlı olan yol istifadəyə verildi Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb Dollar və manatın bugünkü məzənnəsi Tovuz və Tərtərdə qaz olmayacaq
“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılışı olub

Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101 illiyinə həsr edilmiş “Hərbiyyə 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilib.

ASAN Radionun Beyləqana ezam olunan xüsusi müxbiri xəbər verir ki, açılışda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Hərbi birlik Komandiri, general-mayor Mais Bərxudarov, Beyləqan RİH başçısı Asif Ağayev, Xocavənd RİH başçısı, müharibə iştirakçısı Eyvaz Hüseynov və digərləri çıxış ediblər.

"ASAN xidmət", Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan düşərgə sentyabr 5-dən 10-dək Beyləqan hərbi birliyində gerçəkləşir.

Hərbi simulyasiya formatında həyata keçirilən bu layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunur, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edirlər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.

“Hərbiyyə” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 4-cü düşərgədir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio