"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq, biz hamımız bu dövlətin əsgəriyik. Azərbaycan müharibə şəraitində yaşayır. Müharibə hələ bitməyib. Cocuq Mərcanlı bizim əsas hədəfə çatmağımız üçün müvəqqəti dayanacaqdır. "
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Agentliyin sədri bildirib ki, Cocuq Mərcanlı Azərbaycan tarixində şanlı bir səhifədir.
"Azərbaycan Ordusu güclüdür, Ordumuza güvən hər zaman artır. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edək. Şəhidlərimizin qısasını alacağıq, Xankəndidə, Şuşada da "ASAN xidmət" mərkəzləri açacağıq".
Qeyd edək ki, 5 sentyabr 2019-cu il tarixində Beyləqan hərbi birliyində “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. 5 gün davam edəcək düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!