USD - 1.7 EUR - 1.8799 RUB - 0.0265 TRY - 0.2973 DAHA ÇOX
SON DƏQİQƏ
“ABAD” 3 yaşını qeyd edir - VİDEO ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırılıb - VİDEO 7 ildir bağlı olan yol istifadəyə verildi Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb Dollar və manatın bugünkü məzənnəsi
"Hərbiyyə - 101" düşərgəsində 2-ci gün

"Hərbiyyə - 101" düşərgəsinin ikinci günündə iştirakçılar ilk olaraq Füzuli rayonunun Horadiz şəhərində ulu öndərin abidəsi önünə çələng qoyublar. Həmçinin Aprel döyüşlərinin şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Birlik komandiri, general-mayor Mayis Bərxudarov və digər qonaqlar iştirak ediblər.

Sonra Lələtəpə zirvəsinə səfər təşkil edilib.

Günün 2-ci yarısında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şükür Həmidovun rəhbərliyi ilə atışın əsasları, üsul və qaydaları, atəş hazırlığı üzrə 1, 2, 13, 14-cü normativlərin yerinə yetirilməsi, əl qumbarasının məsafəyə və dəqiq atılması üzrə məşqlər aparılıb. Məşqlər tam mənimsənildikdən sonra atəş atıcılığının praktiki yerinə yetirilməsi, həmçinin silahın gözü bağlı şəkildə sökülüb-yığılması üzrə yarışlar keçirilib.

"Hərbiyyə - 101" düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio