USD - 1.7 EUR - 2.0035 RUB - 2.1707 TRY - 0.0427 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“Hərbiyyə - 101” düşərgəsi davam edir

"Hərbiyyə -101" düşərgəsinin 3-cü günündə fiziki hazırlıqlar üzrə məqbulların qəbulundan sonra Təlim Mərkəzində zirehli texnikaların sürülmə əsasları, üsul və qaydaları, tapşırıqlar, şəxsi heyətin qiymətləndirilməsi, marşrut boyu maneələrin dəfetmə qaydaları izah edilib.

Bölmə tərkibində tankların sürülməsi üzrə nümunəvi məşqlərin ardından tank atış sahəsində praktiki atışın yerinə yetirilməsi nümayiş etdirilib. Silahların taktiki-texniki xüsusiyyətləri, atışın əsasları, çevik şəkildə atəş sahəsində kəşf edilmiş hədəflərin dərhal məhv etmə qaydaları, atəşin idarə edilməsi izah edilib. Həmçinin praktiki atışın yerinə yetirilməsi, tədris nöqtələrində atəş hazırlığı üzrə normativlər icra olunub.

İştirakçılar Azərbaycan Ordusu üzrə keçirilən yarışlarda ən yaxşı tank bölüyü adına layiq görülmüş bölüyün zabitləri ilə görüşüblər.

Sonra 100-dən çox döyüş və digər texnikalar, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələrinin artilleriya və texnikaları, mühəndis silahlandırma vasitələri, yeni nəsil rabitə avadanlıqları, tibb-təxliyyə zirehli avtomobilləri nümayiş olunub.

Atəş hazırlığı məşğələlərində təhlükəsizlik qaydaları izah olunub və atıcı silahların natamam sökülüb-yığılması yarışları təşkil olunub.

Xocavənd rayonunda Şəhidlər abidəsi ziyarət olunduqdan sonra əl qumbaralarının dəqiqliyə atılması üzrə komandalar yarışıb.

Düşərgənin 4-cü günündə isə mühəndis silahlandırma vasitələri ilə tanışlıqdan sonra mina əleyhinə keçid açma sistemləri, tank və piyada əleyhinə minaların xüsusiyyətləri, partlayış üsulları, mina atan cihazlar və istekamçıların geyimləri, mühəndis şans alətləri, partlamayan tel əngəlləri, mövqelərdə istifadə olunan metal səbətlər və istekamçı itlər barədə məlumat verilib.

Təlim sahəsində partlayışların praktiki icrasını iştirakçılar əsgərlərlə birgə yerinə yetiriblər.

Od və elektrik üsulu ilə tək-tək, bir neçə atımın partladılması, MTU-90 ilə maneələr üzərindən körpülərin qurulması nümayiş olunub.

Döyüşçülər və iştirakçılar tərəfindən əlaltı vasitələr (balta, bıçaq) ilə hədəflərə xətər yetirilməsi və zərərsizləşdirmə icra olunub.

Silahlanmada olan yeni nəsil rabitə vasitələri və tək əsgərin taktiki nəzarət zolağını keçməsi üzrə nümunəvi məşğələ maraqla qarşılanıb.

Günün sonunda iştirakçılara döyüş meydanında yaralılara ilk tibbi yardım göstərilməsi və onların təxliyyə edilməsi praktiki izah olunub.

"Hərbiyyə - 101" düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!