USD - 1.7 EUR - 1.8412 RUB - 0.0268 TRY - 0.2808 DAHA ÇOX
SON DƏQİQƏ
30 saylı Suraxanı Birinci Seçki Dairəsinin dörd məntəqəsində seçkinin nəticələri ləğv edilib Sabahın hava məlumatı Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlandı Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
AVRO-2020: Azərbaycan şansını qoruyub

Sentyabrın 9-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib.

ASAN Radio xəbər verir ki, millimiz “Bakcell Arena"da Xorvatiya yığmasını qəbul edib.

Millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Pavel Paşayev və Cavid Hüseynov yer alıblar.

Xorvatiya yığmasının ilk onbirliyində isə meydana Dominik Livakoviç, Borna Barişiç, İvan Perişiç, Deyan Lovren, Luka Modriç, Marselo Brozoviç, Nikola Vlasiç, Ante Rebiç, Bruno Petkoviç, Domaqoy Vida və Karlo Bartolets çıxıblar.

İsveçrədən olan hakimlər briqadasının idarə etdiyi oyunun 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib. Matçın birinci hissəsi Xorvatiya yığmasının minimal üstünlüyü ilə yekunlaşıb-1:0.

İkinci hissəyə Azərbaycan millisi daha fəal başlayıb. Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib. Komandaların səylərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və komandamız Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.

Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio